Bu rayonlara qar yağır, külək isə mülayimləşib – FAKTİKİ HAVA

Xəbər - İlhamə İsabalayeva – Trend:

Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 20:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan, Zaqatala, Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Ağsu, Mingəçevir, Şəmkir, Göyçay, Lənkəran, Yevlax, Sabirabada qar yağmaqda davam edir.

Bu barədə AzerTimes-a Xidmətdən məlumat verilib.


Bildirilib ki, Şimal-qərb küləyi Bakıda 8-10 m/s, Abşeronda 16-20 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrdir.

Teqlər: