Hazırda Quba rayonunda leysan xarakterli yağış yağır.
AzerTimes xəbər verir ki, bunu açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, iyulun 4-də Quba rayonu ərazisində yağış buludları müşahidə olunur:
“Axşam saatlarında da yağıntının intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən leysan xarakterli yağışlarla bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısa müddətli daşqın olacağı və sel keçəcəyi gözlənilir”.