Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur…

Bu rayonda qurbanlıq heyvanların kəsim məntəqəsi yoxdur…

Bu il Qurban bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.

AzerTimes Report-a istinadən xəbər verir ki, ölkənin Muğan zonasında yerləşən Cəlilabad və İmişli rayonlarından fərqli olaraq, Biləsuvarda bu tip məntəqələr yaradılmayıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı ünvanlarda təşkil olunan həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar kəsilib-satılır.

Məsələ ilə bağlı AQTA-dan bildirilib ki, bu iş yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Teqlər: