Göyçayda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə Göyçay elektrik şəbəkəsinin baş mühəndisi Mövsüm Ağayev bildirib.
Belə ki, 12 iyun səhər saat 10:00-dan 15:00-dək rayonunun Bığır kəndi ərazisində yerləşən yarımstansıyada aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonun 8 yaşayış məntəqəsi üzrə (Ləkçılpaq, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli, Yalman və Qaraman kəndləri) 2 600 abonentin elektrik enerjisi ilə təchizatının verilişində fasilə olacaq.
Qeyd edək ki, rayonda qəzalı vəziyyətdə olan yarımstansiyaların təmiri işləri növbəli şəkildə və rayonun bir neçə ərazisində keçirilməsi nəzərdə tutulur.