Bu raketləri tez çatdırmalıyıq ki, Ukrayna buna nail olsun

Bu raketləri tez çatdırmalıyıq ki, Ukrayna buna nail olsun

Almaniya “Taurus” qanadlı raketlərini tez bir zamanda Ukraynaya ötürməlidir. Ukraynalıların Rusiya ərazisindəki hərbi hədəflərə istənilən silahla hücum etmək hüququ var.

AzerTimes xəbər verir ki, bunu Almaniya Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmermann deyib.

“Biz “Taurus”ları dərhal çatdırmalıyıq, çünki qanadlı raketlərin məqsədyönlü istifadəsi ilə Ukrayna ordusu Rusiyanın təchizatını ciddi şəkildə poza bilər. Hər birimiz öz hərəkətlərimizi ölçürük. Amma siz çox uzun tərəddüd etməklə çəkilən əzabları uzadırsınız”, – Zimmermann rəsmi Berlinin Ukraynaya silah tədarükünü uzatmasına reaksiya verərkən bildirib.

Teqlər: