Bu qurumun direktor və müavini vəzifəsindən azad edildi

Bu qurumun direktor və müavini vəzifəsindən azad edildi

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.

Teqlər: