Nöqsanlarla icra edilmiş vəsaitin tərkibində bərpası mümkün
hesab edilməyən məbləğin böyük hissəsi əsasən, elm, təhsil, səhiyyə
və mədəniyyət sahələrində fəaliyyət göstərən qurumlar üzrə
formalaşıb.
AzerTimes-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti
haqqında hesabatın müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu sahədə olan vəsaitlərin bərpasında müəyyən
çətinliklər var.