Bu qış soyuq keçəcək? – Açıqlama

Bu qış soyuq keçəcək? – Açıqlama

Azərbaycanda əsasən yanvar-fevral aylarında qışın soyuq keçməsini gözləyirik. Gələn il sözügedən aylarda yağıntıların bol olacağını, dağlıq və dağətəyi rayonlarda sulu qar və qarın yağacağını istisna etmirik.

AzerTimes xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda izləyicilərin suallarını cavablandırarkən bildirib.

Qlobal iqlim dəyişikliklərindən danışan mütəxəssis bildirib ki, qlobal istiləşmə qış mövsümünün nisbətən mülayim keçməsinə təsirini göstərib.

O bildirib ki, dünya regional iqlim mərkəzləri tərəfindən verilən məlumatlarda gələn ilin yanvar-fevral aylarında havanın orta temperaturunun 1-2 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Ancaq praktikada bir neçə ay öncədən verilən proqnozların özünü doğrultma faizi çox da yüksək olmur.

Teqlər: