Qış dövrü Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərinin azad edilməsində dönüş nöqtəsi ola bilər. Lakin bunun üçün ordumuza sistemli şəkildə lazımi silah növlərinin verilməsi lazımdır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski 17-ci Yalta Avropa Strategiyası (YAS) iclasında deyib.
“Hesab edirəm ki, bu qış dönüş nöqtəsidir və bu, Ukrayna torpaqlarının sürətlə işğaldan azad edilməsinə gətirib çıxara bilər. Onların bəzi istiqamətlərdə necə qaçdığını görürük. Silahla bir az da güclü olsaydıq, daha tez işğaldan azad olardıq”, – Zelenski deyib.