Polşa Ukraynaya özünün F-16 qırıcılarını verməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə PAP agentliyinə Polşa Milli Müdafiə Nazirliyindən məlumat verilib.
“Söhbət F-16 qırıcılarının verilməsindən getmir. Onlar qalır və Polşa səmasını qoruyur”, – deyə bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Polşa Baş naziri Donald Tuskla görüşündən sonra F-16 qırıcılarının tədarükü ilə bağlı müsbət qərar verildiyini açıqlamışdı.