Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində çökmə baş verdiyinə görə təmir işləri aparılır. Bu səbəbdən Z.Tağıyev, Müşfiqabad, 28 May, Güzdək qəsəbələrinə su təchizatı dayandırılıb.
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu bildirib.
“Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür”, – o əlavə edib.
Qeyd edək ki, bir neçə gündür Zeynalabdin Tağıyev, Müşfiqabad, 28 May və Güzdək qəsəbələrində suyun verilişi dayandırılıb.