Ukrayna tərəfi hərbi əməliyyatların xarakteri ilə bağlı müstəqil qərar qəbul etməlidir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.
“Nəhayət, Ukraynanın hərbi əməliyyatları necə aparacağına dair qərarları Ukraynanın özü verməlidir”, – deyə Patel vurğulayıb.
Patel həmçinin iddia edib ki, ABŞ-ın Ukraynadan Rusiya ərazisinin dərinliklərinə endirilməsi ilə bağlı Vaşinqtonun mövqeyi dəyişməyib:
“Amerikanın transsərhəd zərbələri ilə bağlı siyasətində heç nə dəyişməyib”.