Xarici işlər nazirlərinin yeni görüşü barədə Ermənistan və Azərbaycan özləri qərar verir, lakin ABŞ bu görüşləri dəstəkləməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.
Prays əlavə edib ki, tərəflərin ayın sonuna qədər danışıqları davam etdirmək barədə fikirləri var:
“ABŞ tərəflərə ikitərəfli, üçtərəfli və çoxtərəfli səviyyədə dəstək təklif edir və AB də bu prosesdə mühüm rol oynayır. Vaşinqton tərəflərə hazır həll təklif edə bilməz, bunun üçün onları bir araya gətirmək və dialoqu saxlamaq lazımdır. Bu məqsədlə ABŞ həm ötən həftə, həm də daha əvvəl səy göstərirdi. Biz hərbi əməliyyatları dayandırmağa və problemlərin sülh yolu ilə həllinə çalışmağa çağırırıq”.