Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəni dayandırmağa və sülh danışıqlarına başlamağa hazır olduğuna dair heç bir əlamət yoxdur.
AzerTimes xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.
“Ukrayna suveren və müstəqil dövlət olduğu üçün sülh danışıqları və istənilən danışıqlar yolu ilə həll üçün məqbul şərtlərin nə olacağına qərar vermək Kiyevdən asılıdır”, – Y.Stoltenberq vurğulayıb.
Alyansın baş katibi qeyd edib ki, NATO Ukraynaya öz mövqelərini möhkəmləndirməkdə kömək etməlidir, çünki danışıqlar masası arxasında baş verənlərlə döyüş meydanında vəziyyət arasında güclü əlaqə var.