Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda mehmanxanalarla bağlı yeni cərimərlər müəyyən edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Turizm haqqında” qanunda öz əksini tapıb.
Belə ki, qanuna əsasən, mehmanxanalar (hotellər) tərəfindən “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Digər dəyişikliyə əsasən, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 13.2–13.4-cü maddələrinin tələbləri pozularaq, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə edilir. Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.