Bu, Putinə terror hücumu idi – Peskov

Bu, Putinə terror hücumu idi – Peskov

Kremlə pilotsuz uçuş aparatları ilə hücum terakt cəhdidir, Ukrayna özünü terrorun sponsorları sırasına daxil edib.

AzerTimes xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Biz Kremlə iki dronla hücum cəhdi olduğunu həqiqətən də gördük. Burada prezidentin iqamətgahı yerləşir və faktiki olaraq biz buna Rusiya dövlət başçısına terror hücumu cəhdi kimi baxa bilərik. Bu, çox narahatedici və qəbuledilməzdir”, – deyə Peskov Serbiya telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, 3 mayda Kremlə dron hücumu cəhdi baş vermişdi.

Teqlər: