Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən xəbərə görə, döyüş sursatlarının məhv edilməsi prosesi 09.09.2024-cü il tarixdən 13.09.2024-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.