2023-cü ilin payızı ukraynalılar üçün “dronlar dövrü” olacaq. Bu aylarda istehsal gücü xalqı xüsusilə sevindirəcək.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.
O bildirib ki, ölkə təxminən bir ildir yeni PUA-ların yaradılması üçün lazım olan prosedurları maksimum dərəcədə sadələşdirərək bu nəticəyə doğru çalışır:
“Biz bunu keçən payızda etdik, bütün bunlar yeni qaydalara uyğun yaradılarkən – sürətli deyildi, demək olar ki, bir il çəkdi”.
Onun sözlərinə görə, bu mövsüm müxtəlif dronların istehsalını gözləmək lazımdır.