Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda illik maliyyə hesabatını təqdim edən siyasi partiyalarn adları açıqlnıb.
AzerTimes-ın məlumatına görə, indiyə qədər 7 siyasi partiya illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Bunlar hakim Yeni Azərbaycan Partiyası (YAP), “Azərbaycan Mübarizləri” Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Respublikaçılar Partiyası və “Milli Vəhdət” Partiyasıdır.
Qeyd edək ki, Azərbaycanda ümumilikdə 62 siyasi partiya qeydiyyata alınıb.