“Dirçələn Ermənistan” partiyası ölkə parlamentindəki fəaliyyətini dayandırır.
AzerTimes xəbər verir ki, bu barədə partiya şurasının yaydığı məlumatda deyilir.
“Ermənistan” blokuna (Robert Köçəryanın rəhbərlik etdiyi koalisiya – red.) daxil olan partiyanın 4 deputatından üçü Vaqe Akopyan (partiyanın rəhbəri), Hripsime Stambulyan (sədr müavini) və Yelena Kirakosyan istefa ərizəsi yazıb. Partiyanın dördüncü üzvü, Assuriya icmasını təmsil edən Zemfira Mirzəyeva partiya üzvlüyünü müvəqqəti olaraq donduraraq parlamentdə fəaliyyətini davam etdirəcək. Belə bir qərar milli azlıqlara hörmətə əsaslanır və onların problemlərinin dilə gətirilməsinə və həllinə mane olmamaq məqsədi daşıyır”, – məlumatda deyilir.
Partiya küçə fəaliyyətini davam etdirəcək. “Dirçələn Ermənistan” “Ermənistan” blokuna və həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edərək, qarşılıqlı fəaliyyətin gələcəkdə də davam edəcəyinə ümid etdiyini bildirib.