Bakının Binəqədi rayonu Süleymani Sani Axundov küçəsində, Binəqədi Gənclər Evinin yanında “Cərimə Parkı-Təbiətin Qisası” Konsepsiyasına uyğun binanın inşası hazırda davam edir.
AzerTimes xəbər verir ki, tikinti Baş Prokurorluq üçün yardımçı bina kimi inşa olunur.
Xatırladaq ki, bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti sözügedən ərazidə yaşıllaşdırılma ilə yanaşı, parkın bir hissəsində Baş Prokurorluq üçün əlavə bina tikiləcəyini açıqlamışdı. Binanın parkın qurtaracağında tikiləcəyi ehtimal edilirdi. Yeni bina isə S.S.Axundov küçəsi ilə paralel, parkın girişində, DİM-in yeni binasının sırasında inşa olunur.