Bu ordu ilə Azərbaycanla müharibə edək? – Xaçatryan

Bu ordu ilə Azərbaycanla müharibə edək? – Xaçatryan

Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması beynəlxalq faktdır, hüquqi faktdır. Və heç bir normal dövlət bunun əksini deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və onlar qorunub saxlanılır.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib.

“Niyə 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ölkəmizə sülhə hər şeydən çox ehtiyac olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslarımız, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Siz necə təsəvvür edirdiniz Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edir, Azərbaycan ərazilərinin bizim olduğunu deyir və onları ələ keçirmək istəyir? Bu, birbaşa müharibənin başlanğıcı olardı, bir neçə günə müharibə başlayacaqdı. De-yure bütün dünya tanıyır ki, Qarabağ Azərbaycanın ərazisidir. Bura Azərbaycan ərazisidir. Qarabağ ermənilərinin öz müqəddəratını kim tanıdı? Heç kim tanımadı. Bu gün bu geosiyasi şəraitdə bu ordu ilə, 3 milyonluq xalqımızla bu bölgədə müharibəyə başlaya və qalib gələ biləcəyimizi düşünən varmı? Həm bu gün Ermənistanın üzləşdiyi problemlər, həm də bizi təhdid edən qüvvə tamamilə müqayisəolunmazdır, xüsusən də müttəfiqlərimizin yalnız kağız üzərində müttəfiq olduğu ortaya çıxanda”, – o bildirib.

Teqlər: