Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında öldü

Bu ölkənin vitse-prezidenti təyyarə qəzasında öldü

Təyyarə qəzası nəticəsində Malavinin vitse-prezidenti Saulos Çilima həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə adıçəkilən Afrika ölkəsinin hökuməti məlumat yayıb.

Xatırladaq ki, dünən vitse-prezident və daha 9 nəfərin olduğu təyyarənin radardan itdiyi barədə xəbərlər yayılmışdı. Bundan dərhal sonra axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Axtarış nəticəsində məlum olub ki, təyyarə qəzaya uğrayıb və göyərtəsində olanlardan heç biri sağ qalmayıb.

Teqlər: