Rəsmi Ankara Kiprin NATO-ya üzvlük müraciətini qəbuledilməz hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Qeyd edilib ki, bu istiqamətdə cəhd Kipr məsələsində həssas tarazlığı pozacaq və problemin həlli prosesinə mənfi təsir göstərəcək:
“Türkiyə NATO-ya üzv ölkə olaraq alyansın genişləndirilməsi ilə bağlı qərarların yekdilliklə qəbul edildiyini xatırladır və bu proseslərin hər bir ölkənin milli təhlükəsizlik qayğıları nəzərə alınmaqla həyata keçirilməsində israrlıdır. Hazırkı vəziyyətdə Kiprin NATO-ya üzvlük üçün müraciət etməsi Türkiyə tərəfindən qəbuledilməz bir hadisədir”.
Qeyd edək ki, Kipr Respublikasının ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim etdiyi barədə mediada məlumat yayılıb.