Türkiyə Kıprıs türk qardaşlarının suverenliyini və beynəlxalq statusunu tanıtmaq üçün səylərini davam etdirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan III Antalya Demlomatiya Forumunda bildirib.
“Bu, Kıprıs türklərinin haqqdır”, – Türkiyə prezidenti əlavə edib.
Ərdoğan həmçinin vurğulayıb ki, son hadisələr və təcrübələr diplomatiyanın böhranları həll etmək üçün ən böyük vasitə olduğunu təsdiqləyir.
Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətini yalnız Türkiyə rəsmən tanıyır.