Bu ölkənin Fransadakı səfirliyi qarət olundu

Bu ölkənin Fransadakı səfirliyi qarət olundu

Oğrular Fransanın paytaxtı Parisin nüfuzlu Nöyi-sür-Sen kommunasında yerləşən İordaniyanın Fransadakı səfirliyinə daxil olublar.

AzerTimes xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, oğurlanmış əşyalar arasında məxfi məlumatları ehtiva edən kompüter, təxminən 15 min avro dəyərində saat və İordaniya səfiri Lina əl-Hadidin mənzilinin açarları ola bilər.

Teqlər: