Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan səfirlərinin görüşü olub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın diplomatik missiyasının mətbuat xidməti bildirib.
“Martın 14-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində MDB üzvü dövlətlərin diplomatik nümayəndəlikləri rəhbərlərinin artıq xoş ənənəyə çevrilmiş dostluq görüşü olub”, – səfirlik diqqətə çatdırıb.
Qeyd olunub ki, görüşdə Andrey Ravkov (Belarus), Kayrat Osmanaliyev (Qırğız Respublikası), Bahrom Əşrəfxanov (Özbəkistan), Mixail Yevdokimov (Rusiya səfiri) və İlhom Abdurahmon (Tacikistan) iştirak ediblər.
“Qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub”, – mətbuat xidməti vurğulayıb.