Myanma ordusunun 600-ə yaxın əsgəri üsyançılarla şiddətli toqquşmadan sonra Hindistan ərazisinə keçib.
AzerTimes xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
“Düşərgələri Myanmanın qərbindəki Rahine əyalətində yerləşən etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu tərəfindən işğal edildikdən sonra onlar Mizoram ştatının Lavnitlay bölgəsinə sığınıblar”, – məlumatda deyilir.
Qeyd olunur ki, Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha məktub göndərib. Mizoram Baş naziri Lalduhoma və Amit Şah Şillonqda Şimal-Şərq Şurasının plenar iclasında danışıqlar aparıblar.