Bu ölkəni dəstəkləyirik, amma qaz verməyəcəyik – Siyarto

Bu ölkəni dəstəkləyirik, amma qaz verməyəcəyik – Siyarto

Biz macar vergi ödəyicilərinin puluna alınmış və Macarıstan rezervuarlarında saxlanılan qazdan macar xalqının və ölkə iqtisadiyyatının mənafelərinin tələb etdiyi kimi istifadə edəcəyik. Biz bu məsələdə heç bir güzəştə getməyəcəyik.

AzerTimes xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto Bosniya və Hersoqovinaya qaz ixrac edib-etməyəcəkləri barədə danışarkən deyib.

“Avropa Birliyi Qərbi Balkanların inteqrasiyasını sürətləndirmək üçün tarixi öhdəlik götürüb və bu plandan imtina edilməsi Macarıstanın təhlükəsizlik mənafelərinə ciddi ziyan vurar”, – Siyarto bildirib.

Onun sözlərinə görə, Macarıstan Ukraynadakına oxşar problemlərdən uzaq olmaq istəyir. Ukrayna və Moldovaya AB üzvlüyünə namizədlər statusu verilməsi barədə AB-nin qərarını alqışlayan Siyarto Gürcüstanın, Bosniya və Herseqovinanın belə status ala bilməməsini “kobud səhv” və “ikili standartlar” adlandırıb.

“AB-də üzvlük Bosniya-Hersoqovinada icmalar arasında konsensus mövcud olmamasının əsas səbəblərindən biridir. Namizədlik bu ölkədə etnoslararası əməkdaşlığı və milli sabitliyi möhkəmləndirə bilərdi”, – Siyarto söyləyib.

Teqlər: