Bu ölkələrdən bir neçə milyardlıq silah alırıq – Qriqoryan

Bu ölkələrdən bir neçə milyardlıq silah alırıq – Qriqoryan

2021-ci ilin yanvarından indiyədək biz müxtəlif ölkələrlə silah alışı ilə bağlı bir neçə milyard dollarlıq müqavilələr bağlamışıq, Rusiyanın onların arasında payı 10%-dən azdır.

AzerTimes xəbər verir ki, bu sözləri Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib.

O deyib ki, Rusiya müqaviləyə baxmayaraq, Ermənistana silah tədarükünü bir il gecikdirib, daha sonra isə Ukraynada müharibə başlayıb:

“Bu, Rusiyanın seçimi idi, biz faktlarla üzləşdik və tərəfdaşlarımızı şaxələndirməli və yenilərini axtarmalı olduq. Bu tərəfdaşlar arasında Hindistan, bu yaxınlarda Fransa, müxtəlif AB ölkələri var, biz bir çox başqa ölkələrlə işləməyə başlamışıq”.

Teqlər: