Avstriya və İspaniyanın hüquq-mühafizə orqanları terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin “Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görmək niyyətində deyil.
AzerTimes xəbər verir ki, bu barədə RBK məlumat yayıb.
Avstriya Daxili İşlər Nazirliyi bildirib ki, onlar 2023-cü ilin oktyabrından terror təhlükəsinin səviyyəsini yüksək qiymətləndirir, lakin hazırda onu maksimum dərəcəyə qaldırmaq üçün heç bir əsas görmürlər: “Hazırda konkret təhlükənin əlamətləri yoxdur”.
Oxşar məlumatı İspaniya Daxili İşlər Nazirliyi də qeyd edib:
“Terror təhlükəsinin səviyyəsi dördüncü (yüksək) olaraq qiymətləndirilir, lakin onu maksimum beşinci səviyyəyə qaldırmaq planları yoxdur”.