Hazırda Qərbi Balkanlar regionunda, o cümlədən Bosniya və Herseqovina, Kosovada hərbi mövcudluğumuzu yenidən nəzərdən keçiririk.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq bildirib.
“Hazırda gələcək münaqişələrin qarşısını almaq üçün mövcudluğumuzu daimi əsasda artırmağın lazım olub-olmamasını nəzərdən keçiririk”, – Stoltenberq qeyd edib.