Bu ölkələrdə benzin bahalaşdı

Bu ölkələrdə benzin bahalaşdı

2023-cü ilin əvvəlindən Aİ-95 benzini ən çox Argentina və Türkiyədə bahalaşıb.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, Argentinada premium benzin dərhal 27,29% bahalaşaraq indiki məzənnə ilə litri 1,011 dollar və ya 1.72 AZN təşkil edib. Türkiyə 17,36% artımla onu izləyir – orada Aİ-95 markalı benzinin qiyməti 2,13 AZN-nə çatıb. Kamerun ilk üçlüyü ən nəzərə çarpan dinamika ilə bağlayır – 15,07% artım, litr üçün 2,37 AZN.

Bir sıra ölkələrdə bu sinifdən olan yanacaq ilin əvvəlindən əksinə, ucuzlaşıb. Qiymətlərin ən nəzərə çarpan azalması Qrenadada olub – 23,48% artaraq litr üçün 2,12 AZN. Lakin məlumatları dərc edənlər arasında belə dövlətlər az olub – cəmi 15.

Rusiya Aİ-95-in qiymət artımı sürətinə görə cəmi 78-ci yeri tutub: qiymətlər 0,11% artaraq 55,21 rubl/litr olub. Eyni zamanda, Rusiya Federasiyası qiymətlərə görə 17-ci yeri tutaraq, ən sərfəli benzinlə ilk 20 ölkəyə daxil olub.

Ən ucuz Aİ-95 İran (0,048 AZN), Liviya (0,052 AZN) və Venesuelada (0,059 AZN) satılır. Ən yüksək qiymətlər isə Monakoda ( 3,93 AZN), İslandiyada (3,91 AZN) və Danimarkadadır (3,72 AZN).

Teqlər: