Bu ölkələr Ukraynaya minlərlə top mərmisi göndərir

Bu ölkələr Ukraynaya minlərlə top mərmisi göndərir

Fransa və Avstraliya birgə Ukraynaya minlərlə 155 millimetrlik top mərmisi göndərəcək.

AzerTimes xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna, müdafiə naziri Sebastien Lekornu, Avstraliyanın xarici işlər naziri Penni Vonq və müdafiə naziri Riçard Marles Fransanın paytaxtı Parisdə birgə bəyanatla çıxış ediblər.

Kolonna qeyd edib ki, hər iki ölkə əməkdaşlığı genişləndirməyə razılaşıblar.

Fransanın müdafiə naziri iki ölkənin birlikdə Ukrayna üçün minlərlə top mərmisi istehsal edəcəyini də qeyd edib.

Teqlər: