Bu ölkələr Ukraynadan xəbərsiz “atəşkəsi” müzakirə edir

Bu ölkələr Ukraynadan xəbərsiz “atəşkəsi” müzakirə edir

ABŞ müntəzəm olaraq Avropa Birliyi və Böyük Britaniya ilə Ukraynada atəşkəsin mümkün şərtlərini müzakirə edir.

AzerTimes xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Danışıqlarda iştirak edən ölkələr İtaliyanın planını müzakirəyə çıxarıb. Plana əsasən, Ukrayna təhlükəsizlik zəmanəti aldığı təqdirdə neytral statusda qalacaq və Moskva ilə Kiyev arasında Krım və Donbasın gələcək taleyi ilə bağlı danışıqlar başlayacaq.

Məlumatda iddia olunur ki, Ukrayna hazırda müzakirələrdə birbaşa iştirak etmir.

Qeyd edək ki, ABŞ Prezidenti Bayden Ukraynaya heç nəyi diktə etmək niyyətində olmadığını və ona ərazi güzəşti ilə bağlı hər hansı təklif verməyəcəyini bildirib.

Teqlər: