Bu ölkələr Ukrayna taxılının idxalına qarşı çıxdı

Bu ölkələr Ukrayna taxılının idxalına qarşı çıxdı

Macarıstan Avropa Komissiyasının icazəsinə baxmayaraq, Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağanı davam etdirir.

AzerTimes xəbər verir ki, bu barədə məlumat verən Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi 24 növ Ukrayna malına da qadağa qoyulduğunu bildirib.

Nazir bununla macar fermerlərin maraqlarını qoruduqlarını vurğulayıb.

Eyni zamanda, Slovakiya hökumətinin nümayəndəsi də ölkənin fermerlərini ucuz Ukrayna taxılı ilə rəqabətdən qorumağa borclu olduqlarını açıqlayıb.

Teqlər: