Bu ölkələr Rusiyanın ticarət dövriyyəsinin 3/4-nü təşkil edir

Bu ölkələr Rusiyanın ticarət dövriyyəsinin 3/4-nü təşkil edir

Rusiyaya dost dövlətlər onun ticarət dövriyyəsinin dörddə üçünü təşkil edir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

Onun sözlərinə görə, bütün maneələrə və sanksiyalara baxmayaraq, Rusiya dünya ticarətinin əsas iştirakçılarından biri olaraq qalır.

Putin qeyd edib ki, ötən il Avrasiya İttifaqı ölkələri arasında qarşılıqlı ticarətin həcmi 4,7% artıb.

Teqlər: