Bosniya və Herseqovina, Gürcüstan, Moldova və Serbiyanı da NATO-ya üzv edəcəklər.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Finlandiyanın və tezliklə İsveçin NATO-ya daxil olması şərqə doğru genişlənmənin növbəti mərhələsidir. Onlar Bosniya və Herseqovina, Moldova, Gürcüstan və Serbiyanı də alyansa cəlb edəcəklər. Və bütün bunlar Ukrayna ssenarisi üzrə olacaq. Kollektiv Qərbin iştahı və fəallığı artacaq. Vaşinqton və müttəfiqləri NATO-nu genişləndirməyə davam edəcəklər. Vəziyyət onlar üçün daha əlverişlidir”, – Lukaşenko bildirib.