Çin Ukraynadakı münaqişənin həllinə yardım etmək niyyətindədir.
AzerTimes xəbər verir ki, bunu Çin xarici işlər naziri Qin Qanq deyib.
“Çin hökuməti Ukraynadakı böhranlı vəziyyətin həllinə kömək edəcək və eyni zamanda ABŞ-ın hegemonluğuna qəti şəkildə qarşı çıxacaq. Bəzi ölkələr eqoist geosiyasi mülahizələri rəhbər tutaraq Ukraynada hərbi əməliyyatların bitməsini istəmir”, -Qanq bildirib.