Böyük Britaniya mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək kral III Çarlzın tacqoyma mərasiminə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələrini dəvət etməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Bildirilib ki, tədbirə Şimali Koreya və Nikaraquadan yüksək rütbəli diplomatlar dəvət edilib. Mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın monarxı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib.
III Çarlzın tacqoyma mərasimi anası Kraliça II Elizabetin (1926-2022) vəfatından 8 ay sonra, mayın 6-da keçiriləcək.