ABŞ-dakı siyasi təfəkkürün İsrailin törətdiyi qətliamların qarşısını alacağını düşünmürəm.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan NTV-yə müsahibəsində deyib.
“Niyyət ola bilər. ABŞ universitetlərində etirazlar var. Bu, siyasilərə müəyyən mesajlar verir. İsrailin fəaliyyəti hər keçən gün Qərbə, o cümlədən ABŞ-a baha başa gəlir.
Bir çox ölkə İsrail məsələsində addım atmaqdan çəkinir – ABŞ, o cümlədən Qərbin yaratdığı qavrayış və özlərinə tətbiq etdiyi məhdudiyyətlərdən dolayı…” – deyə Fidan bildirib.