İsrail Kiber Dəmir Qübbənin formalaşdırılması və İranın kiberhücumlarının qarşısını almaq üçün görüşlər keçirib.
AzerTimes xəbər verir ki, görüşlər İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə baş tutub.
İsrailin Milli Kiber Administrasiyasının rəhbəri Qabi Portnoy bu görüşlərin ümumi düşmənə qarşı kiber əməkdaşlıq olduğunu qeyd edib. Sözügedən ölkələrin ortaq kibermüdafiə platforması yaratmaq təşəbbüsü münasibətlərin normallaşması kimi dəyərləndirilir.
Qeyd edək ki, Dəmir Qübbə İsrailin qabaqcıl hava hücumundan müdafiə sistemidir. Kiber Dəmir Qübbə isə İranın kiber təhdidləri fonunda təqdim edilib.