Bu ölkələr Belarus maşınlarına qadağa qoydu

Bu ölkələr Belarus maşınlarına qadağa qoydu

Estoniya sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri ölkəyə buraxmayacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə Estoniya XİN məlumat yayıb.

“AB-nin Belarusa tətbiq etdiyi sanksiyalara Belarus nömrəli avtomobillərin idxalına qadağa da daxildir”, – məlumatda bildirilib.

Oxşar tədbirlər Litva tərəfindən də həyata keçirilib. Belarus avtomobillərinin ölkəyə girişinə qadağa iyulun 18-dən qüvvəyə minəcək.

Teqlər: