BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizmi çox uğurlu addımdır.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirlə görüşündə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu vurğulayıb.