Bu ölkələr ABŞ-ın tərəfdaşlıq proqramına qoşulmaq istəyir

Bu ölkələr ABŞ-ın tərəfdaşlıq proqramına qoşulmaq istəyir

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Finlandiya, İsveçrə və İsveç ABŞ Milli Qvardiyasının təhlükəsizlik üzrə tərəfdaşlıq proqramına qoşulmağı düşünür.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının komandanı Den Hokanson məlumat verib.

Onun sözlərinə görə, artıq birtərəf olmaqdan imtina etmiş Finlandiya və İsveç ABŞ-la tərəfdaşlıq haqda danışıqlar aparır. İsveçrə isə digər ölkələrin Milli Qvardiya ilə əlaqələrini nəzərdən keçirir və gələcəkdə belə bir proqramın mümkünlüyünü qiymətləndirir.

Teqlər: