Terrorizmə qarşı mübarizədə Stokholmdan konkret və təsirli addımlar gözləyirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Terrorçular təkcə Türkiyəyə qarşı deyil, həm də İsveçin özünün milli maraqlarına zidd hərəkət edirlər”, – Çavuşoğlu qeyd edib.
XİN başçısı əlavə edib ki, PKK və onun qolları İsveçin NATO-ya qəbul edilməməsi üçün hər şeyi edirlər.