Çexiya Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “rədd olmağa” çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə Çexiya XİN-in rəsmi Tvitter səhifəsində məlumat yayılıb.
“Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan rədd olun!” – məlumatda deyilir.
Qeyd edək ki, Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Hesabatın Çexiyaya həsr olunmuş hissəsində Moskva Praqanın ifadə azadlığını məhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.
Vurğulanıb ki, Çexiyanın xroniki problemlərini həll etmək əvəzinə ölkə hakimiyyəti dağıdıcı xarici siyasət avantüralarına əl atıb.