Bu ölkədən mühüm qərar: “Türk axını” ilə əlavə qaz alacaq

Bu ölkədən mühüm qərar: “Türk axını” ilə əlavə qaz alacaq

Macarıstan hökuməti əvvəlki müqavilələrdə nəzərdə tutulan məbləğlərə əlavə olaraq təxminən 700 milyon kubmetr təbii qaz almağa qərar verib.

AzerTimes xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Tamas Menzer deyib.

O bildirib ki, “Qazprom” “Türk axını” ilə Macarıstana əlavə qaz tədarük etməyə başlayıb və avqustun sonuna qədər gündəlik əlavə olaraq 2,6 milyon kubmetr qaz tədarük edəcək:

“Avropa bazarının hazırkı şərtlərini nəzərə alsaq, Rusiyanın resursları olmadan belə böyük məbləğdə alışın mümkün olmadığı aydındır”.

Teqlər: