Bu ölkədən Kiyevə 28,9 milyon dollarlıq yardım paketi…

Bu ölkədən Kiyevə 28,9 milyon dollarlıq yardım paketi…

Kanada hökuməti Ukraynaya 39 milyon Kanada dolları (28,9 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketini elan edib.

AzerTimes xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla yanaşı, 40 snayper tüfəngi və 16 rabitə vasitəsi Kiyevə yardım üçün NATO fonduna daxil edilib.

“Bu gün Kanadanın elan etdiyi ianələr və dəstək Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün lazım olan hər şeyi təmin etməyə kömək edəcək”, – Kanadanın müdafiə naziri Anita Anand deyib.

Teqlər: