Azərbaycana birbaşa aviareyslərin açılması üçün Misirin aviadaşıyıcıları ilə danışıqlar aparılır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Misirin Milli Gününə həsr olunmuş tədbirdə deyib.
Nazir qeyd edib ki, pandemiyadan sonra Misirdən Azərbaycana gələn turistlərin sayı son iki ildə iki dəfə, Misirə gedən Azərbaycan vətəndaşlarının sayı 3 dəfəyə yaxın artıb.
“Birbaşa reyslər bu rəqəmləri daha da artıra bilər”, – deyə R.Nəbiyev əlavə edib.